Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

06 Fevral, 2025 | 09:46
Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
 
İşlər 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.