Müşfiqabad, Atyalı, 28 May, Sulutəpə qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

01 May, 2025 | 08:49
1-3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Atyalı, 28 May, Sulutəpə qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
 
3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.