Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsində su təchizatında müvəqqəti fasilələr yaranacaq

20 Fevral, 2026 | 06:45

Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək. 

Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.