Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

20 Fevral, 2026 | 06:08
Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində 📍 Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 🗓️22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
ℹ️ Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.
Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.