2026-cı ilin “Mülki müdafiə tədbirləri” planına əsasən “İri Şəhərlərin Su Təchizatı” QSC-nin mülki müdafiə qərargahı, fövqəladə hallar komissiyası və mülki müdafiə dəstələrinin komandir-rəis heyətinin iştirakı ilə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlim keçirilib. Tədbirdə Mülki müdafiə qərargahının rəisi Cahangir Şərifov toplantının rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsi ətrafında fikir mübadiləsi apararaq bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlərdən söz açıb.
Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.