Smart tipli sayğacın əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi
26 Noyabr, 2025
Zəruri olan sənədlərin siyahısı:
Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi
Abonent kodu
Əvəz edilmiş sayğacın smart kartı
Xidmət haqqı: Ödənişsiz
Müddət: Dərhal
Qeyd: İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yeni quraşdırılmış sayğacın dəyəri qeyri-əhali abonentləri tərəfindən tam ödənilməli, sayğac zəmanət müddəti ərzində abonentin təqsiri olmadan istismara yararsız hala düşdükdə və bu səbəbdən dəyişdirildikdə sayğacın dəyişdirilməsi üçün ödəniş edilmir. Abonent tərəfindən quraşdırılmış sayğaclar zədələndikdə və ya digər qüsurlar aşkar edildikdə bununla bağlı xərclər abonent tərəfindən ödənilir. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yeni quraşdırılmış sayğac əhali abonentləri tərəfindən istismara yararsız hala salındıqda sayğacın dəyəri və dəyişdirilmə xərcləri abonent tərəfindən ödənilməlidir.