Abonentin məlumatlarında dəyişiklik edilməsi

29 Sentyabr, 2025
🔻Zəruri olan sənədlərin siyahısı:
▫️ Əhali abonentləri üçün: Abonentin şəxsiyyət vəsiqəsi; abonent kodu; mülkiyyəti təsdiq edən sənəd (çıxarış, sərəncam, bələdiyyə qərarı, order, notarial qaydada təsdiq olunmuş alqı-satqı, icarə müqaviləsi və s.) ;
▫️ Qeyri-əhali abonentləri üçün: VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda); mülkiyyəti təsdiq edən sənəd (çıxarış, sərəncam, bələdiyyə qərarı, order, notarial qaydada təsdiq olunmuş alqı-satqı, icarə müqaviləsi və s.); hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
🧾 Xidmət haqqı:
— Ödənişsiz
⏳ Müddət: 3 (üç) iş günü müddətində
🔔 Qeyd: Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı mövcud vəziyyətə uyğun olmadığı halda, sudan istifadə edən şəxslərin sayı orta statistik əhali sayına uyğun olaraq hesablanır. Abonent (istehlakçı) dəyişdiyi zaman borc aşkar olunduğu halda xidmət həyata keçirilmir. Mülkiyyət sənədində payçılar mövcud olduğuhalda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrəpayçıların hər biri ayrıca abonent olduğu hallar istisnaolunmaqla) onların razılıq ərizəsi tələb olunur. Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri və abonentin şəxsiyyət vəziqəsini təqdim etməklə xidmətə müraciət edə bilərlər. Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş ərizə əsasında digər şəxsin adına keçirə bilər. Abonentə məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd bankda girovda olduqda, bank tərəfindən təsdiq olunmuş surəti təqdim olunmalıdır.
📞 “955” Çağrı Mərkəzi

Digər