Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr“ mövzusunda tədbir keçirib.
Tədbirdə ADSEA və Xidmətin mülki müdafiə qərargahının üzvləri, mütəxəsisləri iştirak ediblər.
İdarə Heyətinin sədr müavini İlqar Tağıyev tədbirin məqsədi barədə məlumat verərək Xidmətin mülki müdafiə qərargahının səmərəli fəaliyyəti göstərdiyini vurğulayıb. O bildirib ki, qərargahın aktiv fəaliyyəti nəticəsində mülki müdafiə işlərinin təşkili, təlim və məşqlər zamanı praktiki təlimlərin həyata keçirilməsi, işçilərin hazırlığı ilə bağlı vacib tədbirlərin görülməsi təmin olunub.
Xidmətin mülki müdafiə qərargahının rəisi Cahangir Şərifov hesabat xarakterli çıxış etdikdən sonra mülki müdafiə sahəsində tabeli qurumların növbəti ildə icra edəcəkləri vəzifələri barədə məlumat verib. O, müdafiə qərargahı rəislərinə və mütəxəssislərə fövqəladə hallar zamanı mülki müdafiə planlarına əsasən tapşırıqların operativ yerinə yetirilməsi, qüvvə vasitələrin tədbiqi, idarəetmə, qarşılıqlı fəaliyyət, hərtərəfli təminatın yüksək səviyyədə təşkilinə dair tapşırıqlar ünvanlayıb.
Tədbirdə iştirakçıların çıxışları dinlənilib, sualları cavablandırılıb.