Kür Su Təchizatı İdarəsinin kollektivinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə xatirə tədbiri keçirilib. Mərasim Heydər Əliyevin büstü önündə təşkil olunub.
Tədbirdə çıxış edən idarə rəhbərliyi Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, regionların sosial-iqtisadi inkişafında və su təchizatı infrastrukturunun yenilənməsində oynadığı müstəsna roldan bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də uğurla davam etdirilir.
İştirakçılar Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, onun büstü önünə gül dəstələri qoyublar.