Yeni abonentlərə smart kartların verilməsi

Zəruri olan sənədlərin siyahısı

Əhali abonentləri üçün:

• Abonentin şəxsiyyət vəsiqəsi;
• Sayğacın nömrəsi və ya abonent kodu .

Qeyri-əhali abonentləri üçün:

• Şəxsiyyət vəsiqəsi  (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda);
• Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin  şəxsiyyət vəsiqəsi  (hüquqi şəxs olduğu halda)
• Sayğacın nömrəsi və ya abonent kodu


Xidmət haqqı

Ödənişsiz

Müddət

Dərhal

Qeyd

Qeyd 1: Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yeni quraşdırılmış suölçən cihazın dəyəri qeyri-əhali abonentləri tərəfindən tam ödənilməlidir.

Qeyd 3: Əhali abonentləri, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan abonentlər üzrə yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri və abonentin şəxsiyyət vəsiqəsini (və ya surətini) təqdim etməklə xidmətə müraciət edə bilərlər.